Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.

23 dekabr 2022 | 15:07

23 dekabr 2022-ci il tarixdə “Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun təşəbbüsü ilə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində əhalinin müxtəlif təbəqələrdən olan üzvləri ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə RİHB-nın müavini Əfsanə Məmmədova və RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın məsul katibi  Kərəm Hüseynov çıxış etmişlər. Tədbirdə iştirak edən rayon sakinlərinə məişət zorakılığı, onun növləri, gender zorakılığı, onun yaranma səbəbləri və fəsadları barədə məlumatlar verilmiş, fikir və təklifləri dinlənilmişdir.

O cümlədən “Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” tərəfindən məişət zorakılığı, onun növləri, yaranma səbəbləri və qarşısının alınması ilə bağlı məsələləri özündə əks etdirən müvafiq sorğular hazırlanmış, Yardımlı MRX-nın inzibati binasında və Yardımlı şəhər 1 saylı tam orta məktəbində rayonun müxtəlif təbəqələrdən olan sakinləri ilə Monitorinq qrupunun üzvləri tərəfindən görüşlər keçirilmiş və hazırlanmış sorğular onlara paylanılmışdır. 

Bildiririk ki, keçirilmiş sorğuların nəticələri “Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” tərəfindən təhlil edilərək nəticələrə əsasən mövzu ilə bağlı maarifləndirici tədbirlər keçiriləcəkdir.

Keçidlər