Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev dühası

14 iyul 2022 | 10:09
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Çay Üzü kənd iəd üzrə nümayəndəliyinin dəstəyi ilə Çay Üzü kəndində Ulu Öndər Heydər Əliyev irsinin təbliğinə dair “Tədbirlər Planı”na müvafiq olaraq "Heydər Əliyev dühası" mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Aslanov Tural Elşən oğlunun məzarını ziyarət edib.
Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin əməkdaşları Aqil Ağayev, Zeynəb Məmmədzadə, Elşən Abışov Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, dövlətçilik ənənələri, xalqımız qarşısındakı misilsiz xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Keçidlər