Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü"

10 aprel 2023 | 14:00

Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə Yardımlı RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Qabaqdibi kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan  Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə qeyd edib ki, Azərbaycanın bir dövlət olaraq inkişaf etməsinin yeganə banisi Ulu öndər Heydər Əliyevdir. Z.Məmmədzadə həmçinin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Ordu quruculuğuna göstərdiyi diqqətdən bəhs edib.

RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova mövzu ilə bağlı fikirlərini bölüşüb, Milli inkişaf yolunda Gənclər siyasətinin önəmindən, Azərbaycanın dünyaya tanıdılması üçün atılan addımlardan, regionların inkişafı üçün görülən işlərdən, təhsilin inkişafına yönələn addımlardan ətraflı şəkildə bəhs edib.

Sonra Ayaz Əliyev mövzu ilə bağlı geniş məruzə edib. A.Əliyev  Ümummilli Liderin hakimiyyətinin bütün dövrlərində Azərbaycanda təhsilin, mədəniyyətin, milli ideologiyanın inkişafı üçün yürütdüyü siyasətdən bəhs edib.

Daha sonra adı qeyd olunan məktəbin müəllimi Nəriman Adışov fikirlərini ifadə edib və təşkilatçılığa görə minnətdarlığını bildirib.

Yekunda tədbir iştirakçıları Mərkəzdə mövcud eksponatlarla və sərgilərlə tanış olublar.

Keçidlər