Şriftin ölçüsü :

Saytın rəngi :

Horavar kəndində səyyar görüş keçirildi

05 oktyabr 2022 | 16:17

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun Horavar kəndində səyyar qəbulu keçirilib.

Horavar kənd  tam orta məktəbinin həyətində (açıq havada) keçirilən  səyyar qəbulda xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər ediblər.

Növbə ilə söz alan sakinlər rabitə xətt təsərrüfatının yenilənməsi, kəndə təbii qaz xəttinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciət ediblər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

RİH başçısı Ayaz Əsgərov həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.

Keçidlər