Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsanlara nur bəxş edən həkim" adlı tədbir keçirilib.

28 aprel 2023 | 15:46

Yardımlı rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Mərkəzi Rayon Xəstəxanasının birgə  təşkilatçılığı ilə "İnsanlara nur bəxş edən həkim" adlı tədbir keçirilib.

Tədbirdə RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə və Mərkəzi Rayon Xəstəxanasının kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yardımlı RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirmişdir ki,  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məğrur Azərbaycan qadınına məxsus mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğulayıb. Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edən Ə.Məmmədova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yardımlı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə və Mərkəzi Rayon Xəstəxanasının həkimi Himayət Mahmudov çıxış edərək akademik Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik Zərifə xanım Əliyeva həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş edib, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. 

Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx  nümayiş olunub.

Keçidlər