Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı layihə çərçivəsində Yardımlıda ağacəkmə aksiyası keçirib.
05 aprel 2024 | 14:34
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı layihə çərçivəsində Yardımlıda ağacəkmə aksiyası keçirib.
Ağacəkmə aksiyasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və əməkdaşlar, Cənub Könüllüləri, Regional İnkişaf İctimai Birliyinin Lənkəran-Astara regional bölməsinin könüllüləri, Yardımlı rayon şagirdləri iştirak ediblər. Aksiyada 35 ağac əkilib.
Layihənin əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadə edilməsidir.