Şriftin ölçüsü :

Saytın rəngi :

"Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

26 dekabr 2022 | 17:19
26.12.2022-ci il tarixdə Yardımlı rayon Mədəniyyət Mərkəzində “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə RİHB-nın müavini Əfsanə Məmmədova, Yardımlı rayon Mədəniyyət idarəsinin müdiri Ayaz Əliyev, kitabxana, klub müdirləri və müxtəlif təbəqələrin nümayəndələri iştirak ediblər. RİHB-nın müavini Əfsanə Məmmədova çıxış edərək, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması, insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi və insan alverinə qarşı mübarizədə bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Ayaz Əliyev məişət zorakılığın və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edib.
Digər çıxış edənlər məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin və belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər