Narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirləri gücləndirilməlidir.
Son vaxtlar Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunda yerləşən sərhəd zastavalarında dövlət sərhəddinin tez-tez pozulması halları baş verir. Belə halların qarşısının alınması məqsədilə bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi zamanın tələbidir.
İyulun 15-də Deman kəndində keçirilən görüşdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev sakinlərə sərhəd pozulmasının yolverilməzliyini, bu işlərdə sərhədçilərə lazimi köməkliklərin göstərilməsini, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin aktual xarakter daşıdığını vurğulayıb.
Ayrı ayrı yaşayış məntəqələrində keçirilən görüşlərdə narkotik vasitələrin insan orqanizmində və cəmiyyətdə yaratdığı mənfi təsirlər barədə gənclərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu ümumbəşəri problemə qarşı ən effektiv mübarizə üsullarından biri maairfləndirmə və təbliğat işidir ki, bu istiqamətdə cəmiyyətin hər bir fərdi fəallıq göstərməlidir.