Nazir müavini Yardımlı rayonunda vətəndaşları qəbul edib
28 oktyabr 2022 | 09:57
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yardımlı rayonunun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
V.Nəsirli onların sosial vəziyyətini öyrənib. O, şəhid ailələri və müharibə veteranları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək proqramı barədə məlumat verib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.