Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Abbasabad kəndində keçirilib.

05 iyun 2023 | 13:41

Abbasabad kənd ümumi orta məktəbinin həyətində keçirilən səyyar qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Yardımlı rayonunda aparılan abadlıq-quruculuq işləri, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib, sakinləri fərdi qaydada dinləyib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırılan məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər