Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bərcan kəndində keçirildi.

05 aprel 2023 | 14:10

Bərcan kənd tam orta məktəbinin həyətində (açıq havada)  keçirilən səyyar qəbulda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Yardımlı rayonunda aparılan abadlıq-quruculuq işləri və yerlərdə mövcud su ehtiyatlarından səmərəli istifadə olunması barədə məlumat verib.

Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. 

RİH başçısı Ayaz Əsgərov həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az  platformasından istifadə edilməsini tövsiyə edib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırılan məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər