Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bilnə kəndində keçirildi.

20 iyul 2022 | 16:56

Bilnə kəndində keçirilən səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı,  hüquq-mühafizə orqanlarının,  idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH başçısı Ayaz Əsgərov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları,  rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov onları  narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. Qəbul zamanı vətəndaşlar tərəfindən, telefon və internet xətti ilə təminat, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması və digər  məsələlər qaldırılmışdır. Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər