Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Bürzünbül kəndində keçirilib.

13 fevral 2025 | 13:42

Bürzünbül kənd tam orta məktəbində keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, aparatın şöbə müdirləri, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan söz açaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, rayonda aparılan tikinti-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlərin tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər