Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Dəryavar kəndində keçirildi.

09 avqust 2023 | 15:04

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Dəryavar  kənd sakinləri ilə keçirib. Dəryavar kənd ibtidai məktəbinin həyətində (açıq havada)  keçirilən qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Səmimi söhbət əsasında keçən qəbulda sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər