Növbəti səyyar qəbul Gavran kəndində keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayonun Gavran kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan söz açaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, rayonda aparılan tikinti-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.