Növbəti səyyar qəbul Gendərə kəndində keçirildi.
Gendərə kənd ümumi orta məktəbində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Yardımlı rayonunda aparılan abadlıq-quruculuq işləri, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
RİH başçısı Ayaz Əsgərov həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az platformasından istifadə etmələrini tövsiyə edib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.