Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Honuba kəndində keçirildi

24 avqust 2022 | 15:50

Honuba kənd  tam orta məktəbinin həyətində (açıq havada) keçirilən  səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov,  hüquq-mühafizə orqanlarının,  idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.

Qəbulda sakinlər qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması,  kənd yolunun təmiri  və digər sosial problemlərlə bağlı müraciət ediblər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. 

Keçidlər