Növbəti səyyar qəbul Honuba Şıxlar kəndində keçirilib.
Honuba Şıxlar kənd tam orta ümumtəhsil məktəbində keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.