Növbəti səyyar qəbul Köryədi kəndində keçirildi.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Köryədi kənd sakinləri ilə keçirmişdir. Köryədi kənd tam orta məktəbində keçirilən səyyar görüşdə RİH başçısı, müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Ayaz Əsgərov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermiş, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülmüş və həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı vətəndaşlar tərəfindən kənd yolunun yenidən qurulması, rabitə xətt təsərrüfatının yenilənməsi, subartezian quyusunun qazılması, Köryədi kənd tam orta məktəbinin mərkəzi istilik sisteminin qaz xəttinə qoşulması və digər məsələlər qaldırılmışdır. Kənd sakinləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırıldığını, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.