Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Telavar kəndində keçirilib.

12 iyun 2024 | 13:51

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun Telavar kəndində səyyar qəbulu keçirilib. 

Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

RİH başçısı əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər