Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Zeynələzir kəndində keçirildi.

17 avqust 2022 | 16:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Yardımlı rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Zeynələzir kəndində reallaşan növbəti səyyar qəbulda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

A.Əsgərov rayonda həyata keçirilən infrastruktur layihələri, görülən işləri və qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər edərək həll edilməsində köməklik göstərilməsini xahiş ediblər.

Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Keçidlər