Peştəsər kəndində səyyar qəbul keçirildi.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Peştəsər kənd sakinləri ilə keçirmişdir. Peştəsər kənd ümumi orta məktəbinin həyətində (açıq havada) keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi.
RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verdi, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olundu. Həlli mümkün müraciətlər yerindəcə həll edildi, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
RİH başçısı Ayaz Əsgərov həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.