Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Çanaqbulaq və Dəryavar kənd sakinləri ilə səyyar qəbul keçirib.

15 iyul 2026 | 14:24

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Çanaqbulaq və Dəryavar kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.

Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər