Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Çay Üzü və Gavran kənd sakinləri ilə səyyar qəbul keçirib.
04 fevral 2026 | 14:35
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Çay Üzü və Gavran kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb və aidiyyəti üzrə tapşırıqlar verilib.








