Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Köryədi və Gügəvar kənd sakinləri ilə səyyar qəbul keçirib.

05 avqust 2026 | 14:27

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Köryədi və Gügəvar kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.

Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər