Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Şəfəqli və Arvana kənd sakinləri ilə səyyar qəbul keçirib.
11 mart 2026 | 13:47
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Şəfəqli və Arvana kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.








