Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Şiləvəngə və Qaraqaya kənd sakinləri ilə səyyar qəbul keçirib.

02 sentyabr 2026 | 15:45

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov səyyar qəbul qrafikinə uyğun olaraq Şiləvəngə və Qaraqaya kənd sakinləri ilə qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək son illərdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.

RİH başçısı, həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” barədə vətəndaşlara məlumat verərək, “Rəqəmsal İcra Hakimiyyəti” portalı“mygov” platforması vasitəsilə göstərilən xidmətlərin əlçatanlığını və üstünlüklərini qeyd edib, sakinləri bu sistemlərdən, eləcə də “SİMA” tətbiqindən aktiv istifadə etməyə çağırıb.

Qəbul zamanı sakinlərin qaldırdığı məsələlər əsaslandırılmış şəkildə cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər