Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Yaz oyunları" davam edir.

15 iyul 2022 | 10:17
Yardımlı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və GİKM-in Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun müxtəlif kəndlərini əhatə edəcək "Yaz oyunları" layihəsi növbəti dəfə Vərgədüz kəndinin gəncləri ilə baş tutub.
Layihə çərçivəsində açıq hava şəraitində gənclərlə görüş keçirilib. Gənclərin mühitə adaptasiya olmaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əyləncəli oyunlar oynanılıb. 
Qeyd edək ki, layihə iyul ayında üç dəfə olmaqla rayonun müxtəlif kəndlərində həyata keçiriləcəkdir.
Keçidlər