Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Ayaz Əsgərov Avaş kənd sakinləri ilə görüşdü.

19 yanvar 2024 | 15:50

Avaş kənd tam orta məktəbində  keçirilən qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov onları  narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. Qəbul zamanı vətəndaşlar tərəfindən, telefon və internet xətti ilə təminat, mavi yanacaqla təminat, maddi yardım göstərilməsi və digər  məsələlər qaldırılmışdır.

Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər