Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Ayaz Əsgərov vətəndaşlarla növbəti səyyar görüş keçirib.

11 may 2022 | 17:00

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Bozayran kənd sakinləri ilə keçirmişdir. Bozayran kənd tam orta məktəbində  keçirilən səyyar görüşdə RİH başçısı, müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Ayaz Əsgərov  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman  əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir. Sonra son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, bildirmişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı diqqətə çatdırmışdır ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur və ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermiş, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülmüş və həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı vətəndaşlar tərəfindən rabitə xətt təsərrüfatının yenilənməsi, kəndin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün elektrik xəttinin SİP kabellə əvəz olunamsı, avtomobil yolunun ətrafındakı torpaq kütləsinin təmizlənməsi və digər  məsələlər qaldırılmışdır. Kənd sakinləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  imzaladığı fərman və sərəncamlarla vətəndaşlarımızın sosial rifahının daima yaxşılaşdırlmasını, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər