Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar qəbul keçirildi

27 iyul 2022 | 16:44

Vərgədüz kənd  tam orta məktəbində keçirilən  səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı,  hüquq-mühafizə orqanlarının,  idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.

Qəbulda sakinlər qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, rabitə xətt təsərrüfatının yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət ediblər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. 

Keçidlər