Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sahratov Cavid Əlikömək oğlunun şəhadət günü xatirəsi anıldı.

18 oktyabr 2022 | 17:38

Oktyabrın 18-də Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərən Şəhidimiz Sahratov Cavid Əlikömək oğlunun əziz xatirəsi ehtiramla anılıb. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. RİH başçısı Ayaz Əsgərov çıxış edərək müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını, Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacağını bildirdi. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyini bir daha vurğuladı.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya,  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Cavid Sahratov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni “Vətən Uğrunda”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər