Səyyar qəbulda Avaş kənd sakinlərinin müraciətləri dinlənilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Avaş kənd sakinləri ilə keçirdi. Avaş kənd tam orta məktəbində keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirdi.
RİH başçısı respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Yardımlı rayonunda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verdi, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olundu. Həlli mümkün müraciətlər yerindəcə həll edildi, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Görüş sakinlər tərəfindən razılıqla qarşılandı. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
RİH başçısı Ayaz Əsgərov həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.