Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda qaldırılan müraciət əsasında Dağ Üzü kənd avtomobil yolu təmir olunub

20 noyabr 2026 | 16:47

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədovun vətəndaşlarla keçirdiyi səyyar qəbullar zamanı qaldırılan məsələlərin operativ həlli istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, Dağ Üzü kənd sakinlərinin səyyar qəbul zamanı etdikləri müraciətə uyğun olaraq kəndin avtomobil yolunda təmir-bərpa işləri aparılıb. Təbii təsirlər və nəqliyyat vasitələrinin intensiv hərəkəti nəticəsində çala-çuxur yaranmış və gediş-gəlişi çətinləşdirən yol hissələri xüsusi texnika vasitəsilə hamarlanıb.

Görülən işlər nəticəsində yolun hərəkət hissəsi bərpa edilərək kənd sakinlərinin rayon mərkəzinə və digər yaşayış məntəqələrinə rahat və təhlükəsiz gediş-gəlişi təmin olunub.

Qeyd edək ki, rayon ərazisində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və səyyar qəbullarda səsləndirilən digər sosial və infrastruktur yönümlü məsələlərin həlli mərhələli şəkildə həyata keçirilir.

Keçidlər