Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlər müsbət həllini tapır

18 noyabr 2026 | 19:40

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov tərəfindən rayonun kəndlərində keçirilən səyyar vətəndaş qəbulları zamanı sakinlərin səsləndirdikləri müraciətlərin operativ həlli istiqamətində ardıcıl tədbirlər görülür.

Vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində Zevin kəndi istiqamətində 3 ədəd yeni yol nişanı quraşdırılıb. Nəqliyyat vasitələrinin və sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün Cirimbel və Kürəkçi kəndlərinə gedən avtomobil yolu xüsusi texnika ilə genişləndirilərək hamarlanıb. Eyni zamanda, kəndlərdə fasiləsiz və təhlükəsiz elektrik enerjisi verilişini təmin etmək məqsədilə ayrı-ayrı yaşayış məntəqələrində istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz olunub.

Rayon ərazisində vətəndaş müraciətlərinə həssas yanaşılması, sakinləri narahat edən sosial və infrastruktur problemlərinin aradan qaldırılması istiqamətində işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Keçidlər