Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev məhkəmə fəaliyyəti ilə bağlı vətəndaşları Yardımlı Rayon Məhkəməsinin inzibati binasında qəbul edib.
19 may 2022 | 14:26
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev mayın 19-da məhkəmə fəaliyyəti ilə bağlı Yardımlı rayonunda vətəndaşların növbəti qəbulunu həyata keçirmişdir. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsinə dərin ehtiram bildirilmişdir. Yardımlı Rayon Məhkəməsinin inzibati binasında qəbula gələn vətəndaşların hər biri Şirvan Apellyasiya Məhkəməsinin sədri tərəfindən dinlənilmiş və müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq izahlar verilmişdir.