Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Yardımlıda vətəndaş qəbulu olub
13 iyun 2024 | 15:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Yardımlıda vətəndaş qəbulu olub.
Ümumilikdə 20-dən çox vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən fərdi ev, avtomobil təminatı və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı sualları cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.