Statistika işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Yardımlı Rayon Statistika İdarəsində "Ümumdünya Statistika Günü" münasibətilə tədbir keçirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Rayon Statistika İdarəsinin əməkdaşları, pensiyada olan dövlət qulluqçuları, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxışçılar Dövlət Statistika Komitəsinin rəhbərliyini və kollektivini, həmçinin Yardımlı Rayon Statistika İdarəsinin əməkdaşlarını Ümumdünya Statistika Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə səmərəli fəaliyyətlərinə görə Statistika İdarəsinin bir qrup əməkdaşı YAP Yardımlı rayon təşkilatının fəxri fərmanı ilə təltif olunmuşdur.








