Taxıl biçini-2026
Yardımlıda taxıl biçini mövsümünə start verilib. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən cari ilin məhsulu üçün 4228,7 hektar sahədə payızlıq və yazlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 3077,6 hektarını buğda, 658,1 hektarını vələmir, 493,0 hektarını isə arpa sahələri təşkil edir.
13 iyul 2026-cı il tarixinə olan operativ məlumatlara əsasən artıq ümumi taxıl sahəsinin 2409,1 hektarı biçilib. Zəmilərdən 5541,1 ton taxıl, o cümlədən 4199,8 ton buğda, 305,6 ton arpa, 1035,6 ton vələmir məhsulu toplanıb. Taxıl üzrə ümumi məhsuldarlıq 23,0 sent/ha təşkil edir. Orta məhsuldarlıq göstəricisi buğdada 24,0, arpada 21,6, vələmirdə isə 19,9 sent/ha-dır. Hazırda taxıl biçini əsasən rayonun dağlıq və dağətəyi hissəsində aparılır. Yolocaq, Horavar və Urakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə aid əhali təsərrüfatlarının əkin sahələrində biçin işləri tam yekunlaşıb, digər nümayəndəliklərə aid əhali təsərrüfatları və kənd təsərrüfatı təyinatlı müəssisələrdə isə biçin işləri davam edir. Hazırda taxıl biçini kompaniyasında 23 kombayn iştirak edir və prosesin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.








