Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyədə müalicə olunan qazimiz evinə qayıdıb

18 mart 2023 | 14:29

"YAŞAT" fondu tərəfindən Türkiyədə müalicə alan vətən müharibəsi qazisi evinə qayıdıb.

Yardımlı rayonunun Dağ Üzü  kəndindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Vahid İmanlı şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları və qohumları tərəfindən qarşılanıb.

Daha sonra avtomobil karvanı ilə Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi ziyarət edib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  qazimiz İmanlı Vahid Taleh oğlunu evində ziyarət etmiş, qurban kəsilmişdir.

Görüşdə 44 günlük Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şanlı qələbəsi xoş sözlərlə xatırlanıb. Müqəddəs Vətən torpaqlarının düşmən tapdağından azad olunmasında misilsiz qəhrəmanlıq göstərən qazilərimizə can sağlığı arzuları çatdırılıb.

Söhbət əsnasında qazi olan hər bir əsgərin ölkəmizin qəhrəmanlıq simvolu, Vətənimiz uğrunda şəhid olmağı gözləri önünə alan igidlərin hər birinin şərəf nişanəsi olduğu və qəhrəmanlıq adını həyatları boyu daşıyacaqları ifadə edilib.

Vahid İmanlı  “Füzulinin azad olunmasına görə",  “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər