Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
“Heydər Əliyev İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 100 ədəd Eldar şamı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.