Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Futzal idman oyunu üzrə rayon çempionatı başa çatmışdır.

01 iyun 2022 | 17:10

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Yardımlı İdman Kompleksinin dəstəyi ilə Futzal idman oyunu üzrə keçirilən rayon çempionatı başa çatmışdır. 12 komandanın mübarizə apardığı yarışmanın final oyunu Yardımlı şəhərinin komandası olan Şəhərlilər və Olimpia İdman Kompleksi komandaları arasında baş tutmuşdur. Maraqlı və həyəcanlı oyunun sonunda 4:2 hesab ilə şəhərlilər komandası yarışın birincisi olmuşdur. Qalib komanda Gənclər və İdman idarəsi tərəfindən kubok, medal və diplomlarla təltif edilmişdir.

Keçidlər