Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

07 mart 2023 | 17:08

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə RİH başçısı Ayaz Əsgərov Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyaları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.

YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov çıxış edərək bildirib ki, məhz 30 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yolda ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

YAP Yardımlı rayon təşkilatının qurucularından olan veteran partiyaçılar Hüseyn Vəliyev və Zakir İmanov, YAP Yardımlı rayon təşkilatının Qaz idarəsi Ərazi Partiya təşkilatının sədri Asif Ağayev, Şəhid atası partiya fəalı Ədalət Qarayev çıxış edərək partiyanın bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliklərini bildiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. 

Keçidlər