Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Yardımlı RİH-nin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Yardımlı RİH başçısının birinci müavini Azər Xamiyev, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı RİH başçısının birinci müavini Azər Xamiyev çıxış edərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən və zəngin siyasi irsi haqqında məlumat verib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi həmişə uca tutaraq, əbədiyaşar Liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Digər çıxış edənlər Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir.