Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Yardımlıda ehtiramla anılıb
12 dekabr 2024 | 14:51
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günü Yardımlı rayonunda dərin hörmət və ehtiramla anılıb.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində Ulu Öndərin ruhuna dualar oxunub, Yardımlı şəhərində rayon icra hakimiyyəti tərəfindən ehsan süfrəsi açılıb.