Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəfərli Cəfər Babacəfər oğlunun xatirəsi anılıb

14 dekabr 2022 | 15:36

Dekabrın 14-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" və "Hərbi xidmətdə fərqlənməyə  görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuş Cəfərli Cəfər Babacəfər oğlunun əziz xatirəsi ehtiramla anılıb. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib.

Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər