Vətən Müharibəsinin 25-ci günü.
Oktyabrın 21-də Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə Vətən Müharibəsinin il dönümünə həsr olunan "Vətən Müharibəsinin 25-ci günü" adlı tədbir keçirilib.
Tədbirdə RİHB aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şakir Kərimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon Ostayr və Vəlixanlı kənd orta ümumtəhsil məktəblərinin şagirdləri və Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Vətən müharibəsinin başlanma tarixi, baş vermə səbəbləri, döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi şücaət, Prezident cənab İlham Əliyevin vahid, güclü komandanlığının Azərbaycan xalqına verdiyi töhvələr, Azərbaycan ordusunun keçdiyi inkişaf yolu, 90-cı illərdən Vətən müharibəsinə qədər və son beş ildə ölkənin hərtərəfli inkişafı, müasir Azərbaycan gəncliyinin üzərinə düşən öhdəliklər, tarixi faktların sonrakı nəsillərə çatdırılması, günümüzdə Azərbaycan dövlətinin beynəlxalq nüfuz sahibi olması barədə danışıblar.
Tədbirin sonunda iştirakçılar mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar.








