Vətəndaşların növbəti səyyar qəbulu Anzov və Abbasabad kəndlərində keçirilib.
08 oktyabr 2025-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Anzov və Abbasabad kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək son illərdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.
RİH başçısı həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az platformasından istifadə etmələrini tövsiyə edib.
Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlər kəndə təbii qaz xəttinin çəkilməsi, artezian quyusunun qazılması, elektrik xətt təsərrüfatının yenilənməsi və digər məsələlər barədə fikirlərini bildirmiş, eyni zamanda şəxsi problemlərinin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.








