Vətəndaşların növbəti səyyar qəbulu Çanaqbulaq kəndində keçirilib.
Çanaqbulaq kənd tam orta məktəbinin həyətində (açıq havada) keçirilən qəbulda RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Qəbul zamanı vətəndaşlar tərəfindən mavi yanacaqla təminat, artezian quyusunun qazılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər qaldırılmışdır.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.