Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti səyyar qəbulu Ərsilə kəndində keçirilib.

17 aprel 2025 | 12:33

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ərsilə kəndində səyyar qəbul keçirib. 

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan söz açaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib, rayonda aparılan tikinti-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər